» » Gəncədə 7 nəfər zəhərləndi

Gəncədə 7 nəfər zəhərləndi

Bölmə: Xəbər
Gəncədə 7 nəfər zəhərləndiGəncə şəhərində bir neçə nəfər dəm qazından zəhərlənib
Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından apa-ya verilən məlumata görə, 38 saylı hərbi şəhərcikdə bir evdə yaşayan 1972-ci il təvəllüdlü Lalə Məmmədova, 1998-ci il təvəllüdlü İlahə Quliyeva, 1960-cı il təvəllüdlü Gülşən Məmmədova, 2006-cı il təvəllüdlü Ofelya Məmmədova və 2010-cu il təvəllüdlü Sirac Məmmədov xəstəxanaya gətiriliblər.

Dəm qazından zəhərlənmə diaqnozu qoyulan bu şəxslər reanimasiya şöbəsinə yerləşdiriliblər. Tibbi yardım nəticəsində zəhərlənənlərin həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, xəstəxanaya yerləşdirilən şəxslər yaşadıqları evdə növbə ilə hamam otağında çimərkən zəhərləniblər.

Vəli Xuluflu küçəsində yaşayan şəhər sakini, 1997-ci il təvəllüdlü Səkinə Hüseynova və Yaşar-Həsrət Əliyev qardaşları küçəsində yaşayan Qəbələ rayon sakini Toğrul Ələkbərli də dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Məlum olub ki, onlar da yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler