“Polis” gənc qadını zorladıBölmə: Xəbər
Türkiyənin paytaxtında xoşagəlməz hadisə baş verib. ANS PRESS-in məlumatına görə, Türkiyənin paytaxtı Ankaranın Sincan rayonunda gənc qadın dayanacaqda gözləyərkən, ona bir avtomobil yaxınlaşıb və sürücü mülki polis olduğunu bildirib. Qadını inandıran “polis” onu avtomobilinə mindirdikdən sonra naməlum istiqamətdə hərəkət edib. Heç kimin olmadığı bir yerdə maşını saxlayaraq qadının boğazına çöküb. Ondan ya pul verməyini, ya da cinsi əlaqədə olmağı tələb edib. Qadın isə ona müqavimət göstərib. Onun bu hərəkətindən əsəbiləşən saxta polis qadının qollarını bağlayaraq onunla paraseksual (qeyri-təbii) əlaqədə olub. Daha sonra isə çantasındakı bütün pullarını götürüb. Pis niyyətini həyata keçirən cinayətkar halsız vəziyyətdə olan qadını elə götürdüyü dayanacağa düşürərək aradan çıxıb. Hadisədən bir neçə gün sonra həmin şəxs qadına zəng edərək, “sənin pul cəzan var və mən onu ödəməli deyiləm, borcunu ödə” – deyə şantaj edib. Qadın isə onun bu təhdidlərindən bezərək Sincan polisinə müraciət edib. Nəticədə, həmin şəxsin polis olmadığı müəyyənləşib və hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat sonrası yaxalanıb. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|