» » 47 yaşlı qadın sobanın üstünə yıxılaraq yandı

47 yaşlı qadın sobanın üstünə yıxılaraq yandı

Bölmə: Xəbər
47 yaşlı qadın sobanın üstünə yıxılaraq yandıBalakəndə 47 yaşlı qadın sobanın üstünə yıxılaraq yanıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) apa -ya verilən məlumata görə, rayonun Hənifə kənd sakini, 1967-ci il təvəllüdlü, Xalidə Soltan qızı Qurbanova güclü yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, epilepsiya xəstəliyindən əziyyət çəkən 47 yaşlı Xalidə Qurbanova yaşadığı evdə epilepsiyası tutması zaman yanan sobanın üstünə yıxılıb.

Nəticədə qadının bədəninin ümumilikdə 20 %-i 2-ci, 3-cü və 4-cü dərəcəli termiki yanıq xəsarətləri alıb. Məlumatda bildirilir ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Xalidə Qurbanovanın vəziyyəti hazırda ağır qiymətləndirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler