» » Nazarbayevdən Putinə

Nazarbayevdən Putinə mesaj

Bölmə: Xəbər, Dünya
Nazarbayevdən Putinə

“Sovet İttifaqını yenidən yaratmaq istəyən şəxsdə ümumiyyətlə beyin yoxdur”.

Xalqinfo.az Publika.az-a istinadən bildirir ki , bu sözləri Qazaxıstan prezdenti Nursultan Nazarbeyev Astanada jurnalistlərlə illik görüşdə deyib.

Qazaxıstan prezidentinin fikrincə, Avrasiya İqtisadi İttifaqı hazırda yaranmış böhranlarla əlaqədar əhəmiyyətli risklərə məruz qalır: “Bu gün Avrasiya İqtisadi İttifaqı böhranlarla əlaqədar çox böyük riskə məruz qalır. Hazırda müstəqilliyin itirilməsi və Sovet İttifaqının yenidən yaradılması haqqında danışıqlar gedir. Bu, tamamilə cəfəngiyatdır. Sovet İttifaqını yenidən yaratmaq istəyən şəxsdə ümumiyyətlə beyin yoxdur”.

"Marksizm-leninizm ideologiyası və Kommunist Partiyası hamını tabelikdə saxlayırdı, indi o yoxdur. Vahid iqtisadi orqanizm var idi, indi o yoxdur. İndi əgər uşaqdan Leninin kim olduğunu soruşsanız, o, bu suala cavab verə bilməyəcək", - Nazarbayev bildirib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradılan, Rusiya, Belarus və Qazaxıstanın üzv olduğu qurumdur. İttifaqın yaradılması haqqında müqavilə 1 yanvar 2015-ci ildən qüvvəyə minir. Sözügedən müqavilə isə 29 may 2014-cü ildə imzalanıb.

Avrasiya İttifaqının tənqidçiləri isə hesab edir ki, yeni qurum SSRİ-nin dağılmasından sonra Rusiyanın imperiya ambisiyalarını canlandırmaq cəhdidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler