» » İrəvanın ittihamı

İrəvanın ittihamı rədd edildi

Bölmə: Xəbər

İrəvanın ittihamı




"Azərbaycanlı sərnişinlərin olduğu təyyarənin İrəvanda məcbur eniş etməsi AZAl-ın günahı deyil. Bu hadisənin bizimlə əlaqələndirilməsi gülüncdür".

Xalqinfo.az bildiri ki,bunu ANS PRESS-ə açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib. O bildirib ki, AZAL-ın həyata keçirdiyi reyislərin baha olması ilə bağlı iddialar əsassızdır.

AZAL rəsmisi Yeni İl ərəfəsində bilet tapılmadığı və təyyarələrdə yerlərin məhdud olduğu ilə bağlı yayılan söz-söhbətin də yalan olduğunu vurğulayıb.

Qeyd edək ki, ötən gün Ukrayna Hava Yollarına məxsus Kiyev - Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub.

Ukraynadakı Azərbaycan diasporasının sədri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bildirib ki, təyyarədəki azərbaycanlıların əksəriyyəti tələbədir:

"Tələbələr Yeni İli Azərbaycanda keçirmək üçün Ukraynanı tərk edərək vətənə qayıdırlar. AZAL-da qiymətlərin baha olması və bilet tapmaq çətinliyi yarandığı üçün tələbələr Kiyev - Tiflis reysindən istifadə edirlər. 25 həmyerlimiz İrəvan aeroportunda bir müddət gözləməli olub və daha sonra ucuş həyata keçirilib", - deyə Hikmət Cavadov deyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler