» » Elçibəy Xruşovu rədd etdi

Elçibəy Xruşovu rədd etdi

Bölmə: Xəbər
Elçibəy Xruşovu rədd etdiMilli azadlıq hərəkatının tanınmış nümayəndələrindən biri, Milli Qurtuluş Partiyasının sabiq lideri Məhəmməd Hatəminin “Yeni Müsavat” qəzetinə müsahibəsi eks-prezident, mərhum Əbülfəz Elçibəyin Türkiyədə yaşayan kürəkəni Aqil Səmədbəylinin narazılığına səbəb olub.


Publika.az xəbər verir ki, A. Səmədbəyli “facebook” səhifəsində M. Hatəmiyə cavab verib.


“M. Hatəmi bu müsahibəsində deyir ki, “məni sıradan çıxardıb Neməti yerimə keçirdilər. Sonra da Əbülfəzi, Etibarı ortaya çıxartdılar”. Nemətlə bağlı yalnız “Allah qapısını açsın” deyə bilərəm. Ə. Elçibəylə bağlı isə Hatəmi bəyə bir şeyi xatırlatmaq istəyirəm...

Yəqin ki, siz 1988 -1989-dan danışaraq “Elçibəyi ortaya çıxartdılar” deyəndə, yaşlı olmağınızdan qaynaqlanan bir əskiklik yaşayırsınız və Elçibəyin hələ 1975-ci ildə tələbələr arasında milliyyətçilik və antisovet təbliğatına görə “KQB” tərəfindən həbs olunduğunu unudursunuz?! Bir az da geriyə gedək: Əbülfəz bəy hələ 1963-1964-cü ildə Misirdə tərcüməçi kimi işlədiyi dövrdə SSRİ-nin sədri (bu ifadə mənə aiddir) Xruşovun Misirə rəsmi səfəri zamanı ona əl uzatmaqdan imtina etmişdi.

Sizcə, bu hadisədə Əbülfəz bəyi kim və ya kimlər ortaya çıxartmışdı?! Cənab M. Hatəmi, lider anadan olanda lider doğulur, sonradan liderlik qazanılmır. Hələ gəncliyimdən sizi yaxından tanıma imkanım olub, hətta 1990-cı il yanvarın 19-nu 20-nə bağlayan gecə Prezident Aparatının qabağında siz tribunadaydınız, mənsə aşağıda xalqın arasındaydım. Sizin haqqınızda deyilənləri, yəni sizin haraya bağlı olduğunuz haqda deyilənləri xalq fərziyyəsi hesab edirdim”, - deyə A. Səmədbəyli bildirib.


Asif Nərimanlı

Mənbə
publika.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler