» » Bakıda "Range Rover" və VAZ toqquşub:

Bakıda "Range Rover" və VAZ toqquşub: iki nəfər ölüb

Bölmə: Xəbər
Bakıda "Range Rover" və VAZ toqquşub:Bakıda "cip"lə toqquşan VAZ-ın sürücü və sərnişini həlak olub.

Qaradağ Rayon Polis İdarəsindən trend-ə verilən məlumata görə, dekabrın 21-də Qaradağ rayonunda, Bakı-Qazax yolunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində Lənkəran rayon sakini Zahid Əsgərovun idarə etdiyi “Range Rover” markalı və Bakı şəhər sakini Ziyad Allahverdiyevin idarə etdiyi “VAZ-2103” markalı avtomobillər toqquşub.

Nəticədə Ziyad Allahverdiyev və sərnişini Elnur Süleymanov hadisə yerində ölüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bakıda "Range Rover" və VAZ toqquşub:

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler