» » Həbsxanada narkotik yayan şəxsə

Həbsxanada narkotik yayan şəxsə 9 İL HƏBS

Bölmə: Xəbər
Həbsxanada narkotik yayan şəxsəBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə saxlayan Nahid Mirmehdi oğlu Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nihad Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Nahid Ağayev Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) 234.4.3-cü (narkotik vasitələri saxlama) maddələrinə əsasən azadlıqdan məhrum edilib və o, cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkməyə başlayıb.
Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı 2 ədəd quru balığın içərisində gizlədilmiş, 7 ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə “heroin” aşkar edilib. Mübariz Qasımov inzibati qaydada cəzalandırılsa da, Nahid Ağayevin barəsində cinayət işi başlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler