» » Bakıda mağazaları "təmizləyən" dəstə ifşa edilib

Bakıda mağazaları "təmizləyən" dəstə ifşa edilib

Bölmə: Xəbər
Bakıda mağazaları "təmizləyən" dəstə ifşa edilibBakıda mağazalardan oğurluq edən dəstənin üzvləri tutulublar
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 28-də Qobustan qəsəbəsində Bakı şəhər sakini Babalar Süleymanova məxsus mağazanın qapısını sındırmaqla mobil telefon və kassadan 320 manat oğurlamaqda şübhəli bilinən Qobustan qəsəbə sakini, əvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sərvət Zərbəliyev tutulub.

Şübhəli şəxsin ətrafında keçirilən ilkin əməliyyat-istintaq tədbirləri ilə müəyyən olunub ki, S.Zərbəliyev qəsəbə sakinləri - 1992-ci il təvəllüdlü Şəfa Əlicanlı və 1990-cı il təvəllüdlü Vüsal Mehdiyevlə birlikdə dekabrın 8-də Qobustan qəsəbəsində Samir Niftəliyevə məxsus mağazadan pəncərəni sındırmaqla geyim əşyalarını talayıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ş.Əlicanlı və V.Mehdiyev da tutularaq istintaqa təhvil veriliblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler