» » Bakıda faciəvi hadisə:

Bakıda faciəvi hadisə: 2 nəfər hamamda öldü

Bölmə: Xəbər
Bakıda faciəvi hadisə:Hər iki şəxsin dəm qazından boğulduğu bildirilir

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. lent.az-ın məlumatına görə, Suraxanı rayonu Bülbülə qəsəbəsində kirayədə yaşayan 1976-cı il təvəllüdlü Hacızadə İlham Sabir oğlu dəm qazından boğulub. O, yaşadığı evin həyətindəki hamamda qazdan zəhərlənib və hadisə yerindəcə keçinib.

Oxşar hadisə Qaradağ rayonunda da qeydə alınıb. Dekabrın 22-nə keçən gecə Lökbatan qəsəbə, 1-ci yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Amil Qazıbek oğlu hamam otağında dəm qazından boğulub. 24 yaşlı oğlanın meyiti yaxınları tərəfindən aşkarlanıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler