» » Din xadimi həbs

Din xadimi həbs edildi

Bölmə: Xəbər
Din xadimi həbs

İlahiyyatçı Elşən Mustafaoğlu həbs olunub. İslamazeri.az saytının məlumatına görə, o, 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış. Məlumatı sayta Elşən Mustafaoğlunun yaxınları verib.

Saytın xəbərində qeyd olunur ki, dekabrın 19-da Hacı Elşən Mustafaoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçı artıq 3 gündür MTN-in təcridxanasında saxlanılırmış. İlahiyyatçının hansı maddə ilə ittiham olunduğu hələ ki, məlum deyil.

Qeyd edək ki, Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.

1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.

1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.


10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşıdır. Hal-hazırda həmin institutun “Fəlsəfə və ictimai fikir tarixi” şöbəsində elmi işçi vəzifəsində çalışır.
2001-ci ildən “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.

2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” proqramı üzrə ixtisasartırma kursu keçib.
2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.

30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.

Ailəlidir, 2 qızı, 1 oğlu var.

Qeyd edək ki, E.Mustafaoğlu iki ilə yaxın Norveçdə elmi layihə ürə çalışıb və bu ilin əvvəllərində ölkəyə qayıdıb. Bir neçə ay əvvəl isə QMİ ilə əməkdaşlığa başlamışdı. Hələlik onun hansı səbəbdən saxlanıldığı və hansı maddə ilə ittiham olunduğu bilinmir.


Mənbə
anspress.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler