Oğru dəstə zərərsizləşdirirldi (VİDEO)

Bölmə: Xəbər, Kriminal

 Oğru dəstə
Şəki polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 14-dən çox evi, bir neçə mağaza və digər obyektləri qarət edən 5 nəfərdən ibarət dəstə saxlanılıb.

ANS TV-ə istinadən xəbər verir ki, dəstə üzvləri, 3 il ərzində 14 evi qarət edərək külli miqdarda pul, qızıl-zinət əşyaları, müxtəlif elektron və məişət avadanlıqları oğurlayıblar. Dəstə ümumilikdə Şəki sakinlərinə təxminən 40-50 min manat məbləğində ziyan vurub.

Dəstə üzvləri olan rayon sakinləri, 29 yaşlı Şahmar Abdullayev, 27 yaşlı Pərviz Mahmudov və Tural Musayev, 36 yaşlı Tapdıq Əliyevin həm də narkotik aludəçisi olduqları bildirildi. Onlardan 3-ü əvvəllər də məhkumluq həyatı yaşayıb. Polis saxlanılan şəxslərin başqa cinayət əməllərində iştirakı olub olmadığını araşdırır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler