» » Dəhşət :yaşlı kişi gənci

Dəhşət :yaşlı kişi gənci öldürdü

Bölmə: Xəbər, Kriminal, BLOK XƏBƏR
 Dəhşət :yaşlı kişi gənci
Bakının Binəqədi rayonunda qanlı cinayət baş verib.

Xalqinfo.az bildirir ki,Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, axşam saatlarında “Gəncə” kafesinin qarşısında 55 yaşlı kişi oğlu yaşında gənci qətlə yetirib.

Aralarında yaranan mübahisə nəticəsində 55 yaşlı Bərxudar Çərkəz oğlu Yusifov 33 yaşlı Nurlan Vaqif oğlu Ağayevi boyun nahiyəsindən bıçaqlayıb.

Ağır yaralanan Nurlan Ağayev yerindəcə ölüb.

4-cü bölmədən bildiriblər ki, hər iki şəxs qonşu olublar. Qonşusunu öldürən şəxs hadisə yerindən qaçsa da, polislər onu yaxalayıblar.

İş məhkəməyə göndərilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler