"...Təpiklə qoyacam" -Yol polisi (video)Bölmə: Xəbər
Bakının Babək prospektində sürücü il yol polisi arasında yenə qarşıdurma baş verib. XALQİNFO.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, kütləvi informasiya vasitələrində bildirilib ki, yol polisinin saxlama əmrinə əhəmiyyət verməyən sürücü qaça bilməyib. Yol polisi həmin sürücünü Babək prospektində sıxışırıb. Lakin sürücü maşından düşmək istəməyib. O, qapıları bağlayıb. Bu zaman yol polisi əsəblərini cilovlaya bilməyib və sürücüyə hədə-qorxu gəlməyə başlayıb. “Bu saat təpiklə sənin parpressinə təpiklə qoyacam”, - deyə sürücünün üstünə qşqırıb. Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında bildirib ki, polis vətəndaşla qanun çərçivəsində hərəkət etməlidir. “”Yol polisi vətəndaşa xəbərdarlıq edir. Qanun çərçivəsində sürücünü saxlayıb, ondan sənədlərini tələb edir. Sürücü isə yol polisinin qanuni saxlama əmrinə tabe olmur. Maşını onun üstünə sürür. Qapıları açmır. Polisi təhqir edir. Polisə qarşı güc tətbiq edir. Polis nə etməlidir? Polis vətəndaşın törətdiyi əməlinə görə, qanun çərçivəsində tədbirlər görməlidir”, - deyə Vaqif Əsədov bildirib. Vaqif Əsədov yayılmış videodan xəbərsiz olduğunu və məsələni araşdıracağını bildirib: “Araşdırmalardan sonra konkret nəsə deyə bilərəm. Həmin videonu görməmişəm. Ona görə də, bir şey deyə bilməyəm”. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|