» » Gəncədə işıq oğruları cərimələndi

Gəncədə işıq oğruları cərimələndi

Bölmə: Xəbər
Gəncədə işıq oğruları cərimələndiGəncədə elektrik enerjisindən israfçılıq hallarına qarşı reydlər keçirilib.

“Azərenerji” ASC-dən Axar.az-a verilən məlumata görə, reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi müəyyən olunub.

Həmçinin müdaxilə edilən sayğaclarda istifadə olunan elektrik enerjisinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar xətdən istifadə və digər faktlar aşkarlanıb.

Qayda pozuntuları üzrə 59 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,5 min manatdan artıq istehlak dəyəri bərpa olunub.

“Azərenerji” ASC-dən bu ilin 11 ayı ərzində Gəncədə 65-dən artıq qayda pozuntusunun aşkarlandığı bildirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler