» » Mingəçevirdə DƏHŞƏT:

Mingəçevirdə DƏHŞƏT: qardaş bacısını boğaraq Kürə atdı

Bölmə: Xəbər
Mingəçevirdə DƏHŞƏT:O, hadisəni namus üstündə törətdiyini deyib

Mingəçevir şəhərində qətl hadisəsi baş verib.


apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Kür çayının sahilində qeydə alınıb.

Yevlax rayonunun Havarlı kənd sakini, 1978-ci il təvəllüdlü Qasımov Asif Aydın oğlu Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Qasımova Ruhiyyə Aydın qızı ilə dalaşaraq onu boğub və çaya itələyib. Suda köməksiz vəziyyətdə qalan qadın boğularaq ölüb.

Asif Qasımov könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olub. O, ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini deyib.

Mərhum Ruhiyyə Qasımovanın ailəli olduğu bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler