» » Bakı-Quba yolunda ağır qəza:

Bakı-Quba yolunda ağır qəza: iki ölü

Bölmə: Xəbər
Bakı-Quba yolunda ağır qəza:Bakı-Quba yolunda ağır yol qəzası qeydə alınıb.

axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba avtomobil yolunun 49-cu km-də “İveco” markalı yük avtomobili ilə “Tofas” markalı minik avtomobili toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb və avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyitləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler