» » Göyçayda avtomobil qəzası -

Göyçayda avtomobil qəzası - 3 nəfər ağır yaalandı

Bölmə: Xəbər

 Göyçayda avtomobil qəzası -
Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki,hadisə bu gün axşam saat 16:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Göyçayın Çayarxı kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndərov Nizami Səmid oğlunun idarə etdiyi 23-BD-588 dövlət nömrə nişanlı “ZİL” markalı yük maşını qarşı tərəfdən gələn Çayarxı sakini, 1995-ci il təvəllüdlü Mikayılov Murad Əsəd oğlunun idarə etdiyi 23-BX-353 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü və minik maşınının sərnişini - 1997-ci il təvəllüdlü Salmanov Asim Ağalar oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler