» » Minik maşını at arabasını vurdu:

Minik maşını at arabasını vurdu: yaralılar var

Bölmə: Xəbər
Minik maşını at arabasını vurdu:Ötən gün axşam saatlarında Balakən rayonu ərazisində yol qəza hadisəsi baş verib. Qəza zamanı minik avtomobili ilə at arabası toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xalqinfo.az milli.az-a istinadən bildirir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı Oğuz rayon sakini Səfərov Əfqan Məcid oğlu idarə etdiyi 90-GT-825 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən qarşısındakı at arabasını vurub. Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət almasa da, at arabasında olan iki nəfər - Balakən rayonu Katex kənd sakinləri, Mikanayev Qabil Sabir oğlu və Əbəçiyev Sərvan Cumaəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Balakən RMX-dan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Qabil Mikanayevin vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler