» » Bir qrup dövlət adamları cəzaçəkmə müəssisəsində

Bir qrup dövlət adamları cəzaçəkmə müəssisəsində -olublar (foto)

Bölmə: Xəbər
Bir qrup  dövlət adamları cəzaçəkmə müəssisəsində
Cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra sosial adaptasiyasına şərait yaradılması məqsədi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti bir sıra tədbirlər həyata keçirir.

ANS PRESS-ə istinadən bildirir ki, növbəti belə tədbir Dini Qurumlarla İş üzər Dövlət Komitəsi (DQİDK) ilə keçirilib.

Belə ki, dekabrın 16-da 6 saylı cəzaçəkmə müəssisəsində DQİDK sədri Mübariz Qurbanlı məhbuslarla görüşüb.

Tədbirin mövzusu məhkumların vicdan və dini etiqad azadlıqlarına aid maarifləndirmə işinin aparılması olub. Görüşdə DQİDK-nin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı, ədliyyə nazirinin müavini, ədliyyə general-leytenantı Mədət Quliyev, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler