» » “Bəzi saytlar tanınmış şəxsləri təhqir edir”

“Bəzi saytlar tanınmış şəxsləri təhqir edir”

Bölmə: Xəbər
“Bəzi saytlar tanınmış şəxsləri təhqir edir”“Bəzi saytlar Azərbaycanın əleyhinə təhqiramiz təbliğata başlayıb”.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, həmin saytlar bir sıra dövlətlərin maliyyəsi hesabına fəaliyyət göstərir.

“Bu saytlar yazılarını sosial şəbəkələrdə paylaşır və orada tanınmış şəxsləri təhqir edirlər. Təhlükəsizlik orqanları bunu nəzarətə götürməlidir. Namiq Haşımzadə adlı biri “Hizbullah”ın təmsilçisi kimi Bakıda yaşayır. Bütün günü belə təhqiramiz təbliğatlar aparır və bütün dünya saytları da ona istinad edib paylaşırlar. Bunun qarşısını almaq lazımdır”, - deyə millət vəkili əlavə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler