» » Sumqayıtda yol qəzası törətdi:

Sumqayıtda yol qəzası törətdi: 9 il müddətinə həbs edildi

Bölmə: Xəbər
Sumqayıtda yol qəzası törətdi:Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü, 28 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Vaqif Behbudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Behbudov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bu ilin aprel ayının 8-də Bakı-Quba magistral yolunun Sumqayıt Texnologiyalar Parkının yaxınlığında Vaqif Azad oğlu Behbudovun idarə etdiyi “Amiqo M 2633” özüboşaldan yük markalı avtomaşınla Ramiz Qurban oğlu Muradovun idarə etdiyi “İsuzu Ekobus” markalı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 28 nəfər yaralanıb, “İsuzu Ekobus” markalı maşının sürücüsü Ramiz Qurban oğlu Muradov hadisə yerindəcə ölüb.

Dəhşətli yol qəzası ilə bağlı aparılan istintaq zamanı Vaqif Behbudovun günahkar olması üzə çıxıb. O həbs edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler