» » Şamaxıda iki avtomobil toqquşdu-

Şamaxıda iki avtomobil toqquşdu- Xəsarət alanlar var

Bölmə: Xəbər
Şamaxıda iki avtomobil toqquşdu- Bakı-Şamaxı-Yevlax avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

apa -nın yerli bürosunun xəbərinə görə, hadisə yolun 144-cü kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

Ağsu rayonunun Daşdəmirbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyev Ceyhun Zakir oğlunun idarə etdiyi 99 FM 757 dövlət nömrə nişanlı “Hyundai SantaFe” markalı minik maşını qarşı tərəfdən gələn Şamaxı sakini, 1961-ci il təvəllüdlü Nəcəfov Cəfər Müseyib oğluna məxsus 44 BD 161 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler