» » Gəncədə 25 avtomobil cərimə meydançasına aparılıb

Gəncədə 25 avtomobil cərimə meydançasına aparılıb

Bölmə: Xəbər
Gəncədə 25 avtomobil cərimə meydançasına aparılıbGəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həftənin bazar günü reyd keçirib. Bu dəfə reyd şəhərin Heydər Əliyev prospektində baş tutub.

Xalqinfo.az-ın milli.az-a istinadan verdiyi məlumata görə, əsas hədəf sərxoş, sənədsiz, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran sürücüləri aşkarlamaq olub.

Yoxlamalar zamanı yol hərəkət qaydalarını kobud şəkildə pozan, eləcə də avtomobilin konstruksiyasına dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb.
Reydlər zamanı sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin gənclər olmasına da rast gəlinib.

Ümumilikdə reyd zamanı 25 avtomobil cərimə meydançasına aparılıb ki, bunlar da sərxoş, sürcülük hüququ olmayan, eləcə də avtomobillərin yan və arxa hissəsində görməni məhdudlaşdıran vastələr quraşdırılan sürücülərdi. Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları reydləri bu ilin sonuna kimi mütəmadi olaraq keçirəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler