» » Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar

Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR
Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar
Xaqlinfo.az "Qafqazinfo"a istinadən xəbər verir ki,Azərbaycanda yeni multibrend avtomobillərə xidmət mərkəzi “Motor House” fəaliyyətə başlayıb.

“Motor House” Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqini də təqdim edir.

Françayzinq sistemindən kiçik, orta və iri sahibkarlar istifadə edərək, Azərbaycanda və ölkə xaricində təmir sexlərinin “Motor House” bayrağı altında fəaliyyət göstərə bilərlər.

Məqsəd Azərbaycan avtomobil texniki xidmət sahəsində bütün ölkə üzrə standartları tətbiq etmək, respublikanın bir çox şəhərlərində və ölkədən kənarda bu sahədə ilk dəfə françayzinq sistemini quraraq “Motor House” bayrağı altında fəaliyyət göstərən xidmət sahələrinin, təmir sexlərinin sayını artırmaq və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə nail olmaqdır.
Qeyd edək ki, “Motor House” avtomobil servis mərkəzinin günlük təmir gücü 200-250 avtomobil təşkil edir. Mərkəzdə mühafizə olunan 200 avtomobillik geniş parkinq ərazisi var.

“Motor House”da göstərilən xidmətlərə dövri təmir xidmətləri, diaqnostika, elektrik işləri, mühərrik işləri, kosmetik işlər, dəmirçi və boyama işləri, sürətlər qutusu üzrə işlər və digər işlər daxildir. Burada həmçinin ikinci əl avtomobil almaq istəyən şəxslər üçün avtomobillərin yoxlanılması və diaqnostikası həyata keçirilir.

Bundan başqa, “Motor House” Azərbaycanda ilk dəfə mobil avtotəmir xidməti - Avtoambulansı təqdim edib. 24 saat xidmət göstərən Avtoambulans avtomobilin ani nasazlığının servisə gəlmədən aradan qaldırılması üçün fəaliyyət göstərir. Sürücülər yolda qaldığı təqdirdə Avtoambulans həmin əraziyə yollanaraq problemin 80 faizindən çoxunu yerində həll etməyə zəmanət verir.
Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar
Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar
Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar
Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar
Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar
Azərbaycanda ilk dəfə multibrend avtomobil servisinin françayzinqi - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler