Şənbə gününün hava proqnozu açıqlanıbBölmə: Xəbər
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən "Xalqinfo.az"a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 5-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında yanvarın 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 6-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 0-5° isti olacaq. |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|