» » Türkiyə və İsrail arasında 13 il sonra diplomatik yaxınlaşma...

Türkiyə və İsrail arasında 13 il sonra diplomatik yaxınlaşma...

Bölmə: Xəbər, Siyasət, Dünya
Türkiyə və İsrail arasında 13 il sonra diplomatik yaxınlaşma...
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrail xarici işlər naziri Yair Lapid arasında telefon danışığı baş tutub. Bu, son 13 ildə iki ölkənin XİN başçıları arasında baş tutan ilk telefon danışığıdır.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.

İsrail tərəfi bildirib ki, Çavuşoğlu Lapidə koronavirusa yoluxması ilə bağlı zəng vurub.

Qüdsdə olan mənbə qəzetə bildirib ki, İshaq Herzoqun Türkiyəyə səfəri ilə bağlı danışıqlar aparılır. Mənbə vurğulayıb ki, Qüds-Ankara münasibətlərinin yaxşılaşması İsrailin Türkiyənin tarixi rəqibləri olan Yunanıstan və Kiprlə müttəfiqliyi hesabına olmayacaq.

Qeyd edək ki, telefon danışığı bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə dost münasibət göstərməsindən sonra baş tutub. Ərdoğan bir neçə gün öncə çıxışında İsrail Prezidenti İshak Herzoq görüşə biləcəyini demişdi və bildirmişdi ki, İsrail Baş naziri Naftali Bennet müxtəlif səviyyələrdə mesajlar göndərir.

Ərdoğan həmçinin ABŞ-ın Yunanıstan, İsrail və Kiprə “EastMed” qaz kəmərinin inşası planlarını dəstəkləmədiyini bildirməsindən sonra Türkiyə üzərindən Avropaya qaz kəməri üzərindən İsraillə işləməyə hazır olduğunu bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler