Lerikdə əxlaqsız təklifinə yox deyən qadını öldürən mollaya ağır cəza kəsildiLerikdə əxlaqsız təklifinə qarşı çıxan qadını öldürən mollaya hökm oxunub. Xalqinfo.az Musavat.com-a istinadən xəbər verir ki, qətldə təqsirləndirilən Əsgərov Murad Gülbaba oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 157.1-ci (Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham irəli sürülüb. Xatırladaq ki, dəhşətli qətl hadisəsi 2021-ci ilin aprelin 28-də Barzavu kəndində baş verib. 1972-ci il təvəllüdlü M.Əsgərov həmkəndlisi, 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızını qətlə yetirib. Məlumata görə, molla kimi tanınan 57 yaşlı Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı olmayıb. O, kənddə namaz qılan, kənd camaatının ödənişi ilə Yasin surəsi, Quran oxuyan şəxs kimi tanınıb. M. Əsgərov evlidir, 3 övladı var. Xatırladaq ki, Murad Əsgərov 40 yaşlı Zəkifə Fərziyevanın tək olmasından istifadə edərək onların evinə girib. M.Əsgərov uzun illərdir həyat yoldaşı Rusiyada yaşayan qadınla münasibət qurmaq istəyib. Lakin Zəkifə Fərziyeva etiraz edərək qışqırıb, bu zaman Murad Əsgərov onu vuraraq yerə yıxıb, daha sonra boğaz nahiyəsindən 7 bıçaq zərbəsi endirib. Öldüyünə əmin olmaq üçün isə sonradan boğazını kəsib. Mərhumun da 3 övladı olub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|