» » Tokio-2020: İdman obyektlərində spirtli içkilər satılmayacaq

Tokio-2020: İdman obyektlərində spirtli içkilər satılmayacaq

Bölmə: Xəbər, Dünya, Idman
Tokio-2020: İdman obyektlərində spirtli içkilər satılmayacaq
Tokio-2020 Yay Olimpiya Oyunları zamanı idman obyektlərinin ərazisində spirtli içkilər satılmayacaq.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Təşkilat Komitəsi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu qərarı qəbul edib.

İddiaya görə, əvvəlcə satış nəzərdə tutulsa da, müxalifətin tənqidləri və yerli əhalinin mənfi reaksiyası ilə üzləşən təşkilatçılar sonradan fikrini dəyişib. Qadağa ilə bağlı rəsmi açıqlamanın 1 həftə ərzində veriləcəyi gözlənilir.

Maraqlıdır ki, olimpiadanın sponsorlarından biri Yaponiyanın spirtli içkilər istehsal edən "Asahi" şirkətidir. Təşkilat Komitəsinin saytında "Asahi" içkiləri "Tokio 2020"nin "rəsmi pivəsi" kimi göstərilib.

Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler