» » Deputat: “Gürcüstan çoxtərəfli regional əməkdaşlıqda daha önəmli rol oynamağa çalışır”

Deputat: “Gürcüstan çoxtərəfli regional əməkdaşlıqda daha önəmli rol oynamağa çalışır”

Bölmə: Xəbər, Siyasət, Dünya
Deputat: “Gürcüstan çoxtərəfli regional əməkdaşlıqda daha önəmli rol oynamağa çalışır”
“Qafqaz ölkələri arasında əməkdaşlıq olmadan həqiqi sülh mümkün deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə Komitəsinin sədr müavini Giorgi Xelaşvili deyib.

Qanunverici orqanın plenar iclasında çıxış edən deputat bildirib ki, Gürcüstan həm Azərbaycan, həm də Ermənistanla mehriban münasibətləri davam etdirir və dərinləşdirir: “Lakin Gürcüstan yalnız ikitərəfli deyil, çoxtərəfli regional əməkdaşlıqda da daha önəmli rol oynamağa çalışır”.

G.Xelaşvili ABŞ və Avropa İttifaqının cəlb olunması ilə Gürcüstanın vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub: “Gürcüstanın vasitəçiliyi effektiv təşəbbüs oldu və Qərbin Qafqazda fəallığı nəticəsində uğurla başa çatdı. Gürcüstanın bu razılaşmanın bir hissəsi olması böyük qürur verir”.

Deputat qeyd edib ki, sülhün hökm sürəcəyi Qafqaz Gürcüstanın müstəqilliyi və tərəqqisi üçün əsas şərtdir: “Bölgədə son iki hadisə - Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyi və Ermənistandakı seçkilər bölgədə geosiyasi mühitə müsbət təsir göstərəcək”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler