» » De Byazi millimizdən gedirmi? - Özü danışdı

De Byazi millimizdən gedirmi? - Özü danışdı

Bölmə: Xəbər, Idman
De Byazi millimizdən gedirmi? - Özü danışdı
Milli komandamızın baş məşqçisi Canni de Byazi Azərbaycandan ayrılaraq İtaliya klublarından birini çalışdıracağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.

İtaliyalı mütəxəssis Qol.az saytına verdiyi açıqlamada bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir və tamamilə yalandır: “Mənim Azərbaycan millisi ilə davam edən müqaviləm var və buna hörmətlə yanaşıram. Burda hər şey mənim üçün yaxşıdır”.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla isə Qol.az-a açıqlamasında deyib ki, Canni de Byazi peşəkar məşqçidir, müqaviləsinə hörmətlə yanaşır: “İtaliya mətbuatında yazılarla bağlı bizdə heç bir rəsmi məlumat yoxdur”.

Qeyd edək ki, İtaliyanın bəzi saytlarında bu gün yayılan xəbərlərdə iddia olunub ki, Canni de Byazi “Sampdoriya” klubunu çalışdıracaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler