» » Rusiyada insanların beyinlərini “çipləşdirmək” istəyirlər? RƏSMİ REAKSİYA

Rusiyada insanların beyinlərini “çipləşdirmək” istəyirlər? RƏSMİ REAKSİYA

Bölmə: Xəbər, Siyasət, BLOK XƏBƏR, MANŞET
Rusiyada insanların beyinlərini “çipləşdirmək” istəyirlər? RƏSMİ REAKSİYA
Rusiyanın federal Elm və təhsil nazirliyi “beynin çiplənməsi” üzrə proqramla bağlı gedən xəbərləri inkar edib.

“Bununla bağlı hökumət səviyyəsində həmin planın məqsədyönlü olmadığı barədə qərar qəbul edilib”,- deyə nazirliyin rəsmi səhifəsində bildirilib.

Qeyd etmək lazımdır ki, bundan öncə “Kommersant” qəzetində Rusiya hökuməti tərəfindən “2021-2029-cu illər ərzində beyin, sağlamlıq, intellekt və innovasiyalar” adlı proqram hazırlandığı və hətta bunula bağlı işçi qruöunun yaradıldığı barədə məlumat getmişdi. Həmin proqramın bu ilin mart ayında prezident Vladimir Putin tərəfindən təsdiq olunduğu gələn məlumatlar arasındadır.

Qəzetin informasiyasına əsasən, layihə çərçivəsində insan beyninə mikrokompüterlərin yeridilməsi yolu ilə buradan birbaşa məlumatların alınması, habelə beyindəki çiplərin köməyi ilə nəqliyyat vasitələrinin və kompüterlərin uzaqdan idarə edilməsi kimi texnologiyaların yaradılması nəzərdə tutulurdu.

Sözügedən layihə ekspertlər tərəfindən 54 milyard rubl, yəni 737 milyon 640 min ABŞ dolları civarında qiymətləndirilib. Buna görə, Rusiya hökuməti hətta “Elm”, “Demoqrafiya”, “Səhiyyə”, “Əmək istehsalı və məşğulluğun dəstəklənməsi, “Rəqəmsal iqtisadiyyat” kimi proqramlara ayrılan pulun bir hissəsini həmin plana yönəltmək istəyirdi.

Musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler