» » Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi

Bölmə: Xəbər, Siyasət
Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi
İclasda onun müavinləri və katib də müəyyənləşib

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirilib.

AzNews.az xəbər verir ki, toplantıda nazir müavini, general-leytenant İsmət Əliyev iştirak edib.

İctimai Şuranın tam demokratik əsaslarla seçilən üzvlərinə uğurlar arzulayan İsmət Əliyev bildirib ki, DİN “İctimai iştirakçılıq haqqında” qanuna əsasən üzərinə düşən bütün vəzifələri məmnuniyyətlə yerinə yetirəcək.

Toplantıda “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri, Xalid Qarayev və Mahirə Əmirhüseynova onun müavinləri, Sevda Məmmədli isə katib seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler