» » Azərbaycandan Ermənistana cavab

Azərbaycandan Ermənistana cavab

Bölmə: Xəbər, Siyasət, BLOK XƏBƏR, MANŞET
Azərbaycandan Ermənistana cavab

"Ermənistanın xarici işlər nazirinin bu kimi mahiyyətsiz açıqlamaları Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətini təhrif etdiyini və yalnız danışıqların imitasiyası ilə məşğul olduğunu bir daha ifşa edir". Xalqinfo.az-ın ANS PRESS-ə əsasən məluumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Hikmət Hacıyevin Ermənistan Xarici işlər naziri Eduard Nalbandyanın mətbuat konfransında söylədiyi fikirlərinə şərh edib.

O, qeyd edib ki, Ermənistanın bu addımları beynəlxalq ictimaiyyəti aldatmaq və çaşdırmağa xidmət edərək, uğursuz formada münaqişənin həllindən yayınmaq məqsədi daşıyır.

"Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarının çıxarılması və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də edilən çağırışlara baxmayaraq, Böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atılmır.

Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın bu yalanları çox yaxşı başa düşülür".

Ona görə də Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir.

H.Hacıyev münaqişənin fundamental əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalı təşkil etdiyini qeyd edib. Münaqişənin sülh yolu həlli üçün də ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler