» » Korrupsiya Sorosun getməsinə

Korrupsiya Sorosun getməsinə səbəboldu ?

Bölmə: Xəbər, Siyasət, BLOK XƏBƏR
Korrupsiya Sorosun   getməsinə


Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros) Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır. Bu barədə qurumun baş ofisi dekabrın 10-da qərar verib.

Təşkilat təmsilçiləri Sorosun Azərbaycandakı fəaliyyətinin dayandırılmasına səbəb kimi, son vaxtlar Azərbaycanda xarici donorlara qarşı aparılan siyasəti önə çəkirlər.

"Xalqinfo" "kasbi"qəzetinin yazdığına görə heç kimə sirr deyil ki, Sorosun Azərbaycan nümayəndəliyinin fəaliyyətinə hələ 2011-ci ildə son verilib. O vaxt səbəb kimi, təşkilatın Azərbaycan nümayəndəliyinin tamamilə korrupsiyaya bulaşması göstərilirdi. Hələ o vaxt mətbuat yazırdı ki, “Soros” fondunda böyük korrupsiya faktları ortaya çıxıb. Buna görə də fondun fəaliyyətinin dayandırılması ilə bağlı birbaşa Nyu-Yorkdakı baş ofisdən qərar verilib. İlkin mərhələdə 10 nəfər əməkdaş ixtisara düşən fond daşa sonra digər əməkdaşları ilə da vidalaşaraq Azərbaycandakı fəaliyyətinə faktiki olaraq son qoymuşdu. Həmin vaxt təşkilatın Bakıda yerləşən beşmərtəbəli ofisinin də hərraca çıxarılması xəbərləri də dolaşırdı.

O vaxt məlum olmuşdu ki, fondun iri məbləğlərin ayrıldığı layihələri yalnız kağız üzərində icra olunurmuş. Vətəndaş cəmiyyətinin inkişafına yönələn vəsaitlər təyinatı üzrə xərclənmirmiş. O vaxt həmçinin layihələrin məbləğlərinin həddən artıq şişirdilməsi faktları ortaya çıxmışdı. Özü də bunu təşkilatın mərkəzi ofisindən gələn nümayəndələr tərəfindən aparılan yoxlamalar üzə çıxarmışdı.
Fondun xətti ilə verilən qrantların ancaq bəlli bir çevrəyə verilməsi, qiymətləndirilmə zamanı şəffaflıq prinsiplərinə əməl edilməməsi, həmişə narahatlıq doğuran fakt olub. Sorosa müxtəlif məsələlərlə bağlı layihələr təqdim edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri oradakı maliyyə maxinasiyalarını, ayrı-seçkiliyi görürdülər. Soros fondundan maliyyələşən təşkilatların statistikasının təhlili deməyə əsas verir ki, fond bir qayda olaraq eyni QHT-lərin yalnız adları dəyişdirilmiş layihələrini maliyyələşdirib. İctimai rəydə artıq belə fikir formalaşmışdı ki, müsabiqələr şəffaf keçirilmir, layihələri bir qayda olaraq eyni təşkilatlar arasında bölüşdürülür. Qrant layihələrinə vəsait ayrılarkən bir qayda olaraq həmin QHT-nin müxalifət yönümlü olması şərti əsas götürülür. Faktdır ki, bu gün dünyanın müxtəlif donor təşkilatlarının ölkəmizdə fəaliyyət göstərən QHT-lərə vəsait ayırmaları sirri bəllidir.

Fondun Azərbaycan nümayəndəliyinin rəhbərliyinə «Turan» agentliyinin direktoru Mehman Əliyev gələndən sonra o, rəhbərlik etdiyi təşkilatın əvvəlkindən fərqli prinisiplər və yeni əsaslar əsasında fəaliyyət göstərəcəyini vəd etmişdi. Amma ötən illər ərzində Sorosun fəaliyyətində heç bir dəyişiklik baş vermədi. Daha doğrusu, təşkilatın Azərbaycan nümayəndəliyi ABŞ-dakı ali rəhbərliyin etimadını qaza bilmədi. Bütün bunları nəzərə alaraq iddia etmək olar ki, Sorosun Azərbaycan nümayəndəliyinin tamamilə bağlanmasında buradakı korrupsiya faktları da əsaslı rol oynayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler