» » Azərbaycan əsgərindən mərhəmət nümayişi -

Azərbaycan əsgərindən mərhəmət nümayişi - Video

Bölmə: Xəbər
Azərbaycan əsgərindən mərhəmət nümayişi -
Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan ölkəmizdə olan ermənilər üzərində nəyinki məhkəmə qurmur, hətta onları vətənlərinə geri qaytarır. 2010-cu ilin yanvarından Azərbaycana sığınan 5 nəfərdən ibarət erməni ailəsi bu gün ölkələrinə təhvil verilib. Təhvil vermə prosesi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə həyata keçirilib və insidentsiz başa çatıb.

ANS TV-nin məlumatına görə, 2010-cu ildə ailəsilə birlikdə Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları bu gün Qazax rayonu istiqamətində qarşı tərəfə təhvil verilib. Məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi yayıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə həyata keçirilib.

Ermənistan vətəndaşı olan 5 mülki şəxs – Yegişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyan 2010-cu ilin yanvarında Azərbaycan ərazisinə keçiblər.

Ermənistan vətəndaşı Yeğişe Gevorkyanın sözlərinə görə, o, Naxçıvanın Sədərk rayonu tərəfindən erməni postunu yarıb Azərbaycan tərəfə keçib: “Bizim sərhədçilər maşında körpə uşaqların olduğunu bilsələr də atəş açdılar. Həmin vaxt qızım Qayane yaralandı. Amma biz Azərbaycan postuna çatanda mən dayandım. Onlar maşında ailəmin olduğunu görəndə bizə atəş açmadılar. Sonra sizin tərəfə keçdik”.

Gevorkyan Yegişe həyat yoldaşı Mardanyan Ruzanna və ailəsilə birlikdə Azərbaycana keçdikləri gün 2010-cu ilin yanvarın 10-da Ermənistana qayıtmaqdan imtina etmiş, üçüncü ölkəyə göndərilmələri barədə Azərbaycan hökumətinə yazılı müraciət ünvanlamışdılar.

Ailə Azərbaycan ərazisində saxlanıldığı andan etibarən Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında olub. Təşkilat bu müddət ərzində ailənin saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunu təsdiq edib. Ailə müntəzəm olaraq tibbi müayinədən keçirilib və sağlamlıqları ilə bağlı hər hansı problem olmayıb.

Ermənistan tərəfi isə artıq 6 aydan çoxdur ki azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmaqdan imtina edir. Onlar yaxınlarının məzarını ziyarət etmək üçün getdikləri Kəlbəcərdə girov götürülüblər. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq girovlar üzərində qondarma məhkəmə prosesi təşkil edib




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler