» » Gəncəlilər ulu öndər Heydər Əliyevi böyük ehtiramla yad ediblər -

Gəncəlilər ulu öndər Heydər Əliyevi böyük ehtiramla yad ediblər - FOTO

Bölmə: Xəbər
Gəncəlilər ulu öndər Heydər Əliyevi böyük ehtiramla yad ediblər -12 dekabr - sübh tezdən Gəncə sakinləri şəhərin ümummilli lider Heydər Əliyevin adını daşıyan baş meydanında - hər zaman müqəddəs tutduqları məkanda, ulu öndərin əzəmətli abidəsi önündə toplaşmağa başladılar. Tarixə adı əbədi həkk olunan qüdrətli siyasi dövlət xadimi, həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan, Gəncəyə və gəncəlilərə daim sonsuz diqqət və qayğı göstərən Heydər Əliyevin misilsiz xidmətləri barədə xatırlatma verilib.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra böyük izdiham hərəkətə gəlib. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər rəsmiləri, ictimaiyyətin nümayəndələri abidənin önünə təzə-tər gül-çiçək dəstələri qoyaraq, ümummilli liderin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

Dahi Heydər Əliyevə dərin məhəbbət bəsləyən və onun müdrik siyasi kursuna sadiqlik göstərən gəncəlilər ümummilli liderin müqəddəs ideyalarını əməllərində və əqidələrində daim yaşadacaqlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler