» » Azərbaycanda birinci sinif şagirdini maşın vurub

Azərbaycanda birinci sinif şagirdini maşın vurub

Bölmə: Xəbər
Azərbaycanda birinci sinif şagirdini maşın vurubŞəkidə 6 yaşlı uşağı maşın vurub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən apa -ya verilən məlumata görə, hadisə dekabr ayının 11-i axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu 1-ci Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

1971-ci il təvəllüdlü, Qax rayon sakini Namiq Şirin oğlu Təmrazov idarə etdiyi “VAZ 21144” markalı 34 BC 787 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2008-ci il təvəllüdlü 1-ci Biləcik kənd sakini Mustafa Sadiq oğlu Mustafayevi vurub.

Məlumatda bildirilir ki, 6 yaşlı Mustafa Mustafayev 1-ci sinifdə oxuyur, hadisə baş verən zaman məktəbdən çıxıb evə qayıdırmış. Qəza nəticəsində xəsarət alan Mustafa Mustafayev Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya bildirilib ki, Mustafa Mustafayevə sağ bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler