» » YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib

Bölmə: Xəbər
YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edibYeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi bu gün Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət edib.

apa-nın məlumatına görə, ziyarətçilər arasında baş nazirin müavinləri - YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, YAP-ın sədr müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub.

Ziyarətçilər arasında millət vəkilləri, partiyanın sıravi üzvləri, gənclər təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri də olub. Onlar Heydər Əliyevin məzarı üstünə əklil və gül çiçəklər düzüblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler