» » “İnsan gərək qovulmasın, hörmətlə getsin” - Tolikdən Siyavuş Novruzova DƏSTƏK

“İnsan gərək qovulmasın, hörmətlə getsin” - Tolikdən Siyavuş Novruzova DƏSTƏK

Bölmə: Xəbər, Şou
“İnsan gərək qovulmasın, hörmətlə getsin” - Tolikdən Siyavuş Novruzova DƏSTƏK



Akademik Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy etməsi ciddi müzakirə mövzusudur. Bu özbaşınalığa görə hər iki tərəfin valideynləri sərt şəkildə cəzalandırılıblar.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) məmurların vəzifəsindən sui istifadəsini sərt tənqid edib:

“Düzdür, mən siyasi xadim deyiləm, amma məmur özbaşınalığının qarşısının alınması prezidentimizin həyata keçirdiyi siyasətdir, baxın, ötən gün iki rayonun icra başçısı dəyişilib. Neçə nazirlikdə yoxlama olub, biz uşaq deyilik, hər bizimiz bilirik ki, Azərbaycanda istər dövlət qurumu, istərsə də icra başçısının qəbulu, həbsi olsun buna qabaqcadan dövlət başçısı razılıq verir. Bu da o deməkdir ki, ölkə başçımız istəyir ki, insanlar heç bir zaman məmurdan inciməsinlər. Əgər bu gün dövlət başçımız deyirsə ki, mən Azərbaycan xalqının xidmətçisiyəm və bütün məmurları da o xidməti etməlidir. Bundan sonra heç bir məmur vəzifəsindən sui istifadə edib bu nöqsanları etməməlidir. Ən azından dövlətçiliyə xələl gəlməməyi üçün, çünki belə baxanda biz 30 yaşlı müstəqil bir ölkəyik, biz bu gün yeni-yeni dünyaya açılırıq, böyük layihələrə imza atırıq və s.”.

Prodüser həmçinin vəzifəli şəxslər üçün tətbiq olunan cərimələrin daha yüksək olmasını təklif edib:

“Mən təkcə məmurları demirəm, məmur toylarına bəzi müğənnilər gedirlər, bu müğənnilər başa düşmürlər ki, əgər ölkənin başçısı deyirsə ki, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq hər kəs cəzalandırılacaq, bunu etməyin, yenə də niyə gedirlər? Mən başa düşürəm hamısı pul qazanmaq istəyir, amma qadağansa, niyə gedirlər? Birincisi mən bu gün istəyərdim ki, tək məmurlara yox, hətta aparıcılara, müğənnilərə də cəzalar yüksək olsun. Onların badına başqaları da gedir, müğənni gedir toya 10 min alır, onu 200 manat cərimələyirlər, amma onun yanında musiqiçi gedir cəmi 150 manat pul alır, onun da üstünə 50 manat qoyur, cəriməni ödəyir. Həmçinin orada olan ofisiantı da aparırlar, gündə 20 manat pul qazanacaqdısa, ona haram olur, 200 manat cərimə ödəyir. Məncə, birinci bunlardan başlamaq lazımdır. Onsuz da məmurlar özbaşınalıq etdikdə öz cəzalarını alırlar”.

T.Əliyev məmurların yanlışlarını görərək istefa verməsini də yüksək qiymətləndirib:

“Çox xoş haldır ki, bəzi deputatlar öz yanlış addımlarını görərək istefa verirlər. Bu normaldır, insan gərək qovulmasın, hörmətlə getsin. Amma hansısa məmurun övladının toyuna getmək, sonra kiminsə adını hallandırmaq ki, bizə zəng vurub dedilər ki, filankəsdən icazə aldıq, bunlar heç də xoş deyil. Bu gün kiçik məmurdan tutmuş, böyüyə qədər olan vəzifəlilərə xalqın əli çatmır. Kişik bir "JEK" müdirinin müavininə belə əl çatmır, heç bir nazirimiz, hansısa təşkilatın sədri açıq debata hazır deyil. İnsanlarla görüş təşkil edəndə belə o insanların çoxsu sifarişlə təşkil olunmuş insanlar olur. Hər dərdi olan gedib məmurla, nazirlə görüşə çıxa bilmədiyinə görə belə hallar baş verir. Bunun da ilk addımını atan cənab prezidentdir ki, gedib rayonlarda xalqla görüşür. Məmurlar da öz işlərindəki qüsurları görmə istəyirlərsə, xalqa açıq olmalıdırlar. İcra başçıları bu gün prezidentin qarşısında aciz olmaq istəmirlərsə, mütləq insanlarla, xalqla görüşməlidirlər, onların problemlərini bilməlidirlər. Haradasa kəndliyə təzyiq olunursa, rüşvət alınırsa icra başçısı özü bunları təmizləsə, ucalar. Yox əgər özü də onlarla bir yerdə pulları yeyəcəksə, aqibətləri bəllidir. Ona görə də nə qədər xalqa yaxın olsalar, bir o qədər yaxşıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler