» » Evdə güclü partlayış oldu-

Evdə güclü partlayış oldu- Xəsarət alanlar var

Bölmə: Xəbər
Evdə güclü partlayış oldu- Lənkəran rayonunun Liman şəhərində güclü partlayış baş verib.

apa-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gecə şəhər sakini Zərdiyev İsmayıl Nağdalı oğluna məxsus yaşayış evində qeydə alınıb. Yanğına keçən partlayış nəticəsində ev sahibi özü, həyat yoldaşı Elnarə Zərdiyeva, övladları Aytac, Kənan və Nərmin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların beşinin də vəziyyəti ağır qiymətləndirilir.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal olunur. Partlayış baş verən ev dağılıb. Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler