» » Gömrükdə qaçaqmal telefonlar aşkarlandı

Gömrükdə qaçaqmal telefonlar aşkarlandı

Bölmə: Xəbər
Gömrükdə qaçaqmal telefonlar aşkarlandıAzərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsindən axar.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Babayev İsa Sabir oğlunun etibarnamə ilə idarə etdiyi “MerSedes Benz” markalı, 10 LD 955 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin mühərrik sisteminin yanından və avtomobilin yük yerindən 1.889 ədəd pirotexniki vasitələr və 43 ədəd müxtəlif markalı mobil telefonlar, Rusiyadan Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycana idxal nəqliyyat xətti ilə gələn Rusiya vətəndaşı Qorodinskiy Artur Alekseyeviçin idarə etdiyi “Lada 219110” markalı, M 908 TA 161 dövlət qeydiyyat nişanlı minik avtomobilinə isə gömrük baxışı zamanı həmin avtomobilin yük yerindən və avtomobilin salonundan 1 ədəd dəyənək, 213 ədəd müxtəlif markalı mobil telefon və mobil telefon üçün 176 ədəd aksesuar gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler