» » Hacı Şahin İŞİD-in Azərbaycana təhlükəsindən danışdı

Hacı Şahin İŞİD-in Azərbaycana təhlükəsindən danışdı

Bölmə: Xəbər, MANŞET
Hacı Şahin İŞİD-in Azərbaycana təhlükəsindən danışdı“İŞİD-in müəyyən məqsədləri var. O məqsədlərə Azərbaycan da daxil ola bilər. Onların nümayəndələri tərəfindən bəyanatlar veriləndə Azərbaycanın da adı çəkilir. Hansı dövlətə ayaq qoyursa, orada qanlı mənzərənin, insanların qətl edilməsinin şahidi oluruq. Olduqca təhlükəli cərəyandır. Düzdür, bunlar indiyədək Azərbaycanda nəsə addım atmağa cəhd göstəriblər, amma təhlükə törədə bilməyiblər. Bütün hallarda biz ayıq olmalıyıq”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı üçün radikallığın heç bir sosial dayağı yoxdur:

“Xalqımızın dinə yanaşması insanların radikallığa meyllənməsinə yol vermir. Düzdür, hüquq-mühafizə orqanları tərəfindən vaxtaşırı bu cərəyanlara qarşı tədbirlər həyata keçirilir. Bu cərəyanlara qarşı mübarizə yalnız hüquqi müstəvidə yox, həm də maarifləndirmə müstəvisində davam etməlidir”.

Hacı Şahin bir qrup şəxsin 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları zamanı din məsələsini xüsusi olaraq qabardacağı, Qaraçuxur məscidində yanğın, Sumqayıt məscidində “Allah yoxdur” tipli yazıları gündəmə gətirəcəyi haqda yayılan məlumatlara da münasibət bildirib:

“Bu məsələlərlə konkret olaraq hüquq-mühafizə orqanları məşğul olur. Məscidin yandırılmasının kimlərlə əlaqəli olduğunu müəyyən edəcək. O insanların hansısa xarici dövlətin təsirində olub-olmamalarını müəyyən edəcək.

Amma mən Azərbaycanda keçiriləcək geniş beynəlxalq tədbir ərəfəsində hansısa xarici dövlətin təsiri altında olan qruplar tərəfindən bu tip addımların atılmasını istisna etmirəm. Bununla görüntü yaratmağa çalışa bilərlər ki, guya Azərbaycanda dini zəmində hansısa problemlər var, yaxud ictimai-siyasi sabitliyi pozmaq üçün hansısa addımlar atıla bilər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler