» » Bakıda avtobus sürücüləri sərnişinlərin başına oyun açdılar

Bakıda avtobus sürücüləri sərnişinlərin başına oyun açdılar

Bölmə: Xəbər
Bakıda avtobus sürücüləri sərnişinlərin başına oyun açdılarÖtən gün Bakının Yasamal rayonunda iki içi dolu avtobus yarışa çıxıb. anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, saat 18:30 radələrində sərnişinlərlə dolu 18 saylı avtobusun sürücüləri interval üstündə dalaşıblar. Sürücülər avtobusu vəhşi kimi idarə edərək sərnişinlərin həyatını təhlükəyə atıblar.

Bu azmış kimi Yasamal bazarı yaxınlığında 18 saylı 10 TC 273 nömrə nişanlı avtobusun sürücüsü işıqforun qırmızı işığında, yolun ortasında avtobusu saxlayaraq sərnişinləri düşürüb. O, bildirib ki, Yasamal bazarı yaxınlığındakı dayanacağa girməyəcək. Kim istəyir, yolun ortasında düşsün.

Yolun ortasında düşən sərnişinlər isə təhlükə ilə üzləşiblər. Belə ki, onlar hərəkət başlayan yolda, maşınların arasında qalıblar. Sərnişinlərdən çoxu buna etiraz etsələr də, sürücü buna əhəmiyyət verməyib. Üstəlik, etiraz edən sərnişinlərin üstünə qışqırıb.

Məsələ ilə əlaqədar “Xaliq Faiqoğlu” MMC-nin rəhbərilə əlaqə saxladıq. Xalid müəllim anspress-ə bildirdi ki, avtobusun nömrə nişanını götürüb və hadisə araşdırılacaq.
“Həmin sürücü ciddi şəkildə cəzalandırılacaq. Çalışacağıq ki, bir də belə hadisələr baş verməsin”.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimlinin anspress-ə verdiyi məlumata görə, bu gün həmin sürücü barədə hüquq normaları çərçivəsində tədbirlər görüləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler