» » Masallıda 5 otaqlı ev yandı

Masallıda 5 otaqlı ev yandı

Bölmə: Xəbər
Masallıda 5 otaqlı ev yandıMasallı rayonunda yanğın hadisəsi baş verib.

axar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Badalan kənd sakini, 1970-ci il təvəllüdlü Saday Məcidova məxsus iki mərtəbəli 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. FHN əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 308 kv.m olan ev 75 kv. m. ərazidə yanıb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan qeydə alındığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler