Deputatlığa namizədin qeydə alınması üçün sənədlərin DSK-ya verilməsi müddəti BİTDİBölmə: Xəbər
Bu gün - yanvarın 10-u saat 18:00-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatıb. Xalqinfo.az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir. Yəni, bu ilin fevralın 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin olunub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|