» » Oqtay Gülalıyev sabah əməliyyat olunacaq

Oqtay Gülalıyev sabah əməliyyat olunacaq

Bölmə: Xəbər
Oqtay Gülalıyev sabah əməliyyat olunacaq





Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev qısa vaxtda yenidən əməliyyat olunacaq.

"Qafqazinfo" xəbər verir ki, İstanbulun Amerikan Xəstəxanasında Oqtay Gülalıyevin üzərində aparılan təkrar müayinələr zamanı onun beynində kəskin maye yığılması aşkarlanıb. Həkimlərin tövsiyəsi və ailəsinin razılığı ilə sabah Oqtay Gülalıyevin əməliyyat olunacağı gözlənilir. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək əməliyyat zamanı xəstənin beynində maye yığılmasına qarşı şunt əməliyyatı aparılacaq.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler