» » Baş Prokurorluq Tovuzdakı qətllə bağlı KİV-ə müraciət etdi

Baş Prokurorluq Tovuzdakı qətllə bağlı KİV-ə müraciət etdi

Bölmə: Xəbər
Baş Prokurorluq Tovuzdakı qətllə bağlı KİV-ə müraciət etdi




Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə yanvarın 7-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri, eləcə də ayrı-ayrı şəxslər tərəfindən dəqiqləşdirmə aparılmadan sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmasını davam etdirirlər.

Xalqinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün "Facebook" profilində yazıb.

"İstintaqın maraqlarına zidd olan, insanların heysiyyatına toxunan, uşaqların psixologiyasına mənfi təsir edə biləcək bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsini xahiş edirəm", - deyə E.Sultanov qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler