» » Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı

Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı

Bölmə: Xəbər
Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı




Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

"Xalqinfo"nun məlumatına görə, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb. Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb.

Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler