» » Cəlilabad şəhər sakini bacanağını bıçaqladı

Cəlilabad şəhər sakini bacanağını bıçaqladı

Bölmə: Xəbər
Cəlilabad şəhər sakini bacanağını bıçaqladıAzərbaycanın Astara şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23.00 radələrində şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Cəlilabad şəhər sakini Əfsər İsayev şəxsi münaqişə zəminində bacanağı Ehtiram Hüseynova bıçaqla ağır bədən xəsarəti yetirib. Döş qəfəsindən yaralanmış E .Hüseynov yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törətmiş Əfsər İsayev isə saxlanılaraq istintaq orqanlarına təhvil verilib. İlkin versiya kimi hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler